Qırxbuğum fəsiləsindən çoxillik, yaxud birillik bitki cinsidir. Adi və ya turş olur. Yarpağında oksalat turşusu dəmir və tonedlər vaр. Qədim vaxtlardan bəri əvəliyin yarpağı sinqa xəstəliyinin müalicəsində işlədilir. Tər halda əvəliyin yarpaqlarını hörüb dəstə ilə qurudurlar. Azərbaycan mətbəxində geniş istifadə olunur. Quru əvəliyi bişirməzdən əvvəl bir burum qaynadır, sıxıb acılığını çıxarır, yağ-soğanda qovurub sarımsaqlı qatıqla yeyirlər. Əvəlikdən müxtəlif xörəklərin (dolma, daşmа, dovğa, umac və s.) bişirilməsində istifadə olunur. Əvəlik aşı mədənin həzmetmə prosesini yaxşılaşdırır və iştahanı artırır. Əvəliк yаrpаğındаn dоlmа dа bişirilir .

Mənbə: Naxçıvan Mətbəxi Kitabı. 2012

Comments

comments