Ərzaqlar:
1 kq hazır yağlı xəmir
Qatları yaymaq üçün un
Krem üçün:

1 banka qatılaşdırılmış süd
200 q kərə yağı
1/2 paket vanil (5q)
Qeyd: Bu torta bişirilmiş kremdən də istifadə edə bilərsiniz. (Zavarnoy)
Aralarına səpmək üçün: Qoz ləpəsi.

Hazırlanması:
Kremi hazırlamaq üçün baxın: [url=http://resept.az/Qatilasdirilmis-sud-ile-yagli-krem-2706.html]Qatılaşdırılmış süd ilə yağlı krem[/url]
Xəmiri soyuducudan çıxarıb qoyuruq donu açılır. Sonra az un səpib oxlovla 0,5 sm qalınlıqda yayırıq.

Qaba kağız sərib xəmiri qoyuruq. Çəngəl ilə deşdəkləyirik.

Sobanı 200 dərəcədə qızdırırıq. Xəmiri sobaya bişməyə qoyuruq. Xəmir 15-20 dəqiqəyə bişəcək.

Bu qayda ilə qalan 3 yayılmış yağlı xəmiri bişiririk.Layların hər birinin üst və alt qırıntılarından bir az təmizləyirik. Yanlarını eyni ölçüdə az kəsib düzəldirik.Bir layı qoyub kremləyirik. Zövqə görə qoz doğrayıb tökürük.Qalan qatları da bu qayda ilə kremləyib qoz tökürük. Axırıncı layı qoyub üzünü və yanlarını kremləyirik.Topladığımız qırıntıları ovduqdan sonra üzünə səsəpirik və yanlarına vururuq.

Nuş olsun!

Comments

comments