Ərzaqlar5 st düyü, 700 q qoyun əti, 4 ədəd baş soğan, 500 q vişnə (özünüzün yaydan buzluqda saxaladığınız veya marketten hazır aldığınız Superfresh ola bilər)  , 300 q şabalıd, 100 q kişmiş, 5-6 ədəd ərik qurusu, 5-6 ədəd alça ya da gavalı turşusu, 5-6 x.q əridilmiş kərə yağı, duz, istiot, sarıkök

Qazmaq üçün:

3 x.q qatıq, 1 ədəd yumurta

Hazırlanması:

Xırda doğranmış əti duzlu suda bişiririk. Düyünü 2-3 dəfə yuyub sonra duzlu suda islağa qoyuruq.Soğanın qabığını soyub yuduqdan sonra nazik uzun doğrayırıq.Doğranmış soğanı tavaya töküb üstünə az duz və 2 x.q əridilmiş kərə yağı töküb qızılı rəngdə olanadək qovururuq.Qovrulmuş soğanın üstünə əti əlavə edib 5-6 dəqiqə qarışdırıb bişiririk.Sonra şabalıdı və arxasınca vişnənin yarısını töküb qarışdırırıq. Zövqə görə duz və istiotunu əlavə edib vam odda bişməyə qoyuruq.Suyu çəkilib yağa düşəndə ocaqdan götürürük. Adi qaydada düyünü qaynayan duzlu suda bişirib süzürük.Süzülmüş düyünü 3 yerə bölürük.Bir hissəsi adi ağ qalır. Bir hissəsinə vişnənin yarısını töküb qarışdırırıq. Bir hissəsinə sarıkök töküb qarışdırırıq. Plovu dəmə qoyacağımz qazana 1 x.q əridilmiş kərə yağı töküb istidirik.Sonra qatıq ilə yumurtanı çalırıq. Qazanın dibinə 3-4 x.q düyüdən töküb qatığı da bura əlavə edib qarışdırıb qazanın dibinə yayırıq.Adi düyünü tökürük.Sonra vişnəli düyünü sonra da sarıköklü düyünü qazana əlavə edirik. Üstünə əridilmiş yağdan töküb dəm almağa qoyuruq.1 saata plov dəm alacaq.Kişmişi, qaysın və turşuları təmizləyib yuyub tavada üstünə az su və yağ əlavə edib bişiririk.Plovu qaba çəkib üstünü bəzəyib yağ töküb süfrəyə veririk.Nuş olsun!

Aşqara, vişnəli aş qara, qara necə hazırlanır, aş qara hazırlamaq

Comments

comments