Ərzaqlar:

125 q kərə yağı
1 st un+2 x.q
1/2 st şəkər pudrası
1/2 st buğda nişastası
1 paket qabartma tozu
1 paket vanil
1 x.q şəkər pudrası üstünə səpmək üçün

Hazırlaması:
Yumşaq kərə yağı ilə şəkər pudrasını, nişastanı və vanili qarışdırırıq.

Sonra üstünə unu əlavə edib yumşaq xəmir düzəldirik.

Soba qabına kağız səpib xəmirdən balaca kündələr düzəldib yığırıq.Üstünə bıçaqla üstəgəl işarəsi qoyuruq.

160 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişiririk.

Soyuduqdan sonra üstünə şəkər pudrası səpirik.

Nuş olsun!

Comments

comments