(Türk mətbəxi)

Ərzaqlar:500q xırda doğranmış quzu əti, 2 x.q əridilmiş kərə yağı, 5-6 x.q duru yağ, 2 ədəd baş soğan, 3 diş sarımsaq, 4-5 ədəd badımcan, 2 ədəd pomidor. 1 ədəd qırmızı bibər, 1 ədəd yaşıl bibər, 1 x.q pomidor məti (tomat), 1 st qaynar su, duz, istiot

Hazırlanması:

Xırda doğranmış əti duzlu suda tam bişiririk. Tərəvəzlərin hamısını təmizləyib yuyuruq.
Badımcanı qabığını aralı soyub doğrayırıq. Duzlu suda 20 dəqiqə saxlayırıq.Bibərlərin yarısını üzünə düzmək üçün uzun doğrayırıq, yarısını isə ətin üstünə tökmək üçün xırda doğrayırıq. Pomidoru da doğrayırıq.Soğan ilə sarımsağı xırda doğrayıb tavaya tökürük. Üstünə əridilmiş kərə yağını və az duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.Bişmiş əti qovrulmuş soğanın üstünə töküb 5-10 dəqiqə qarışdırırıq. Xırda doğranmış bibərləri üstünə tökürük. Düz və istiotunu töküb qarışdırırıq. Vam odda bişməyə qoyuruq.Badımcanı sudan çıxarıb yuyub sıxırıq. Sonra duru yağda qızardırıq. Az duz səpirik.Qızarmış badımcanı ətin üstünə töküb qarışdırırıq.Soba qabına yığırıq.Üstünə 1 st qaynar suya pomidor mətini töküb qarışdırıb əlavə edirik.Doğranmış bibər və pomidorla üstünü bəzəyirik.200 dərəcə qızdırılmış sobada yağa düşənə qədər bişiririk.

Nuş olsun!

Comments

comments