Ərzaqlar:

Bu tortu bişirmək üçün aşağıdakı biskvit resepti ilə iki ədəd biskvit bişirmək lazımdır.

Biskvit üçün:

4 ədəd yumurta

4 x.q un

6 x.q şəkər tozu

3 x.q kakao

1 paket qabartma tozu

Krem üçün:

1 banka qatılaşdırılmış süd

200 q kərə yağı

1 paket vanil (zövqə görə)

1 x.q tünd kakao

Tortu bəzəmək üçün:

Qoz ləpəsi

Müxtəlif növ şokoladlar

Tort bəzəkləri (Zövqə görə)

Hazırlanması:

Biskviti hazırlamaq üçün yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.

Şəkər tozunu az-az töküb yenə çalırıq.

Sonra yumurta sarılarını töküb çalırıq.

Unu, qabartma tozunu və kakaonu bir qabda qarışdırırıq. Yaxşı olar ki, qarışığı ələkdən keçirəsiniz.

Sonra bu un qarışığını az-az yumurta qarışığının üstünə töküb qaşıqla qarışdırırıq.

Qabı yağlayıb ya da kağız sərib xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk. Biskvitlərin hər ikisi soyuduqdan sonra hər birini ikiyə bölürük.

Adi qaydada kremi mikserlə çalırıq.

Biskvitin birini qoyub kremləyib qoz ləpəsi doğrayıb tökürük. İstəsəniz şokolad da tökə bilərsiniz.

Bu qayda ilə qalan biskvitləri kremləyib qoz səpirik. Sonuncu qatı isə kremlədikdən sonra qoz səpmirik. Tortun yanlarını kremləyirik.

Tortu zövqə görə bəzəyirik.


Nuş olsun!

Comments

comments