Ərzaqlar:

3 ədəd yumurta

1 st şəkər tozu

200 q kərə yağı

1,5 st un

1 paket vanil

1 paket qabartma tozu

1/3 st süd

3 x.q kakao

Şokolad püresi üçün:

50 q kərə yağı

4 x.q kakao

4 x.q süd

4 x.q şəkər tozu

Hazırlanması:

Un ilə yumşalmış kərə yağını ovuruq.

Yumurtanı əlavə edib mikserlə çalırıq.

Südü əlavə edib mikserlə çalırıq.

Şəkər tozunu əlavə edib çalırıq. Sonra qabartma tozunu və vanili əlavə edib çalırıq.

Kakaonu əlavə edib çalırıq.

Kiçik keks qablarına kağız qoyub (ya da kərə yağı ilə yaxşı yağlayıb) xəmiri tökürük.

180 dərəcədə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

Püreni hazırlamaq üçün baxın: [url=http://resept.az/Sokolad-puresi-5096.html]Şokolad püresi[/url]

Hazır keksləri sousun içinə bir-bir batırıb qablara yığırıq. Üstünü zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments