Ərzaqlar:

1 kq çəkilmiş qoyun əti

1/3 st yumru düyü

2 baş soğan

1ç.q pomidor püresi (tomat)

1 st təmizlənmiş şabalıd

1 ədəd heyva

1,5 kq kələm

Keşniş, şüyüd

Duz

istiot

Darçın

Hazırlanması:

Kələmin içini kəsib duzlu suda az pörtüb soyuduruq.

Kələm yarpaqlarının orta qalın zoğunu bıçaqla kəsib götürürük.Eyni ölçülü olsun deyə ortada iki yerə ya da 4 yerə bölürük.

Heyvanı yuyub nazik dilimlərə bölürük.

Soğanın qabığını soyub yuyub sürtgəcdən ya da blenderdən keçiririk. (Ya da əti çəkdikdə ikisini bir maşından keçiririk)

Göyərtini təmizləyib yuyub xırda doğrayırıq. Düyünü təmizləyib yuyuruq. Ətə soğan, düyü, yağ, göyərti, pamidor məti, duz, istiot və darçın əlavə edib yaxşı qarışdırırıq.

Kələmin bir yarpağını götürüb bir başdan ətdən az qoyub yanına 1-2 şabalıd dənəsi və 1 dilim heyva qoyub düzbucaqlı formada bükürük.

Bu qayda ilə hamısını bükürük. Qazana əvvəl kələm yarpaqlarından səririk. Sonra onun üstünə dolmaları yığıb üstünə düz boşqab qoyub üzünə çıxana qədər su töküb əvvəlcə gur odda kəfini yığıb, sonra isə normal odda yağa düşənə qədər bişiririk.

Suyu çəkilib yağa düşəndə yeməyimiz hazır olacaq.

Dolmanı qaba çəkib üstünə şirəsindən töküb süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments