Ərzaqlar:

1 paket qurabiyə, 100 q kərə yağı

İçliyi üçün:

200 q labnə pendir, 1 paker krem qaymaq, 1/2 (yarım) st şəkər tozu, 3 ədəd yumurta, 1 paket vanil, 1 x.q un, 1 x.q buğda nişastası

Üstü üçün:

1 paket şokolad, 1 paket krem qaymaq

Hazırlanması:

Qurabiyəni blenderden keçiririk.

Yağı əridib üstünə əlavə edib qarışdırırıq.

Qablara yığıb qaşıqla düzəldirik.

Soyuducuya qoyub içliyi hazırlayırıq. Krem qaymaq ilə labnə pendiri çalırıq.

Şəkər tozunu əlavə edib yenə çalırıq.

Yumurtanı əlavə edib çalırıq. Vanili, unu, nişastanı əlavə edib tam qarışanadək çalırıq.

Qabları soyuducudan çıxarıb qarışığı qablara tökürük.

180 dərəcə qızdırılmış sobada 25 dəq bişiririk.Bişdikdən sonra çıxarıb soyumasını gözləyirik. Soyuyanda şokolad ilə krem qaymağı ocaqda istidib əridirik.

Əriyən şokoladı qablara töküb yenidən soyuducuya qoyuruq.

Tamam soyuduqdan sonra çay süfrəsinə verə bilərsiniz.Nuş olsun!

Comments

comments