Ərzaqlar:8 ədəd kartof, qızartmağa duru yağ, duz, istiot

Üstü üçün:

100 q pendir

Küftələr üçün:

500 q çəkilmiş ət, 1 baş soğan, 3 x.q suxarı, 1/2(yarım) limon suyu, 1/2(yarım) st su, duz, istiot, qızartmaq üçün duru yağ

Sosu üçün:

2 st süd, 2 x.q un, 2 x.q yağ, duz, istiot

Hazırlanması:

Kartofun qabığını soyub yuduqdan sonra dörd bölüb yağda qızardırıq. Üstünə zövqə görə duz və istiot vururuq. Küftəciklər üçün olan ərzaqları bir qaba tökürük. Soğanı xırda doğrayıb əlavə edirik və yaxşı qarışdırırıq. Balaca küfdəciklər düzəldirik. Tavada yağda qızardırıq. Sosu hazırlamaq üçün yağı tavada qızdırırıq. Üstünə unu töküb qovururuk. Sonra südü əlavə edib qarışdırırıq.Zövqə görə duz və istiotunu əlavə edib ocaqdan götürürük. Kartof ilə xırda küftələri qaba yığırıq. Üstünə sosu əlavə edirik.Sonra pendiri sürtgəcən keçirib üstünə səpirik.200 dərəcə qızdırılmış sobada pendir əriyənədək saxlayıb götürürük.Nuş olsun!

 

Comments

comments