Ərzaqlar:Kotlet üçün:

600 q çəkilmiş ət, 2 baş soğan, 3 x.q suxarı, 1/2 (yarım) st su, 2 x.q pomidor məti, 2 x.q bibər məti, 5 diş sarımsaq, 1 dəstə cəfəri, 3 x.q duru yağ, 2 x.q əridilmiş kərə yağı, duz, istiot

Püresi ücün:

10 ədəd kartof, 1 st süd, 2 x.q əridilmiş kərə yağı, duz, istiot

Üstü üçün:

100 q pendir

Hazırlanması:

Kotlet üçün olan ərzaqları bir qaba tökürük. Soğanı, sarımsağı və cəfərini xırda doğrayıb əyavə edirik və yaxşı qarışdırırıq. Soba qabına yayırıq. Üstündən əlimiz ilə düzəldib bərkidirik.180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.Püreni hazırlamaq üçün kartofun qabığını soyub yuduqdan sonra qazana yığıb üstünə çıxanadək su töküb bişməyə qoyuruq.Tam bişdikdə əzib içinə yağı, duzu və istiotu əlavə edib qarışdırırıq. Sonra südü də əlavə edib yaxşı qarışdırırıq. Yeməyi sobadan çıxarıb püreni üstünə yayırıq.Sonra pendiri sürtgəcədən keçirib üstünə səpirik. Yenidən sobaya qoyuruq.Üstü qızılı rəngdə olanadək bişirib sobadan çıxardırıq. Yeməyi isti-isti süfrəyə veririk.Nuş olsun!

Comments

comments