Ərzaqlar:

4 x.q nutella
200 q xama
200 q karə yağı
1 paket qabartma tozu
50q qoz ləpəsi
Un aparanadək

Hazırlanması:

Qoz ləpəsini doğrayıb nutella ilə qarışdırırıq. İçlik hazırdır.

2 st un ilə yağı ovuruq.

Üstünə xamanı əlavə edib qarışdırırıq. Aparanadək un əlavə edib əlimiz ilə yumşaq xəmir düzəldirik.

Xəmirdən balaca kündələr düzəldirik.

Kündənin birini götürüb içlikdən qoyub şəkildəki kimi bükürük.

Bu şəkildə hamısını düzəldirik.

Soba qabına kalka kağızı qoyub yığırıq.

180 dərəcə isinmış sobada qızılı rəngdə olanadək bişiririk.

Nuş olsun!

Comments

comments