Ərzaqlar:

Xəmir üçün:
200 q kərə yağı
½ st şəkər tozu
2 ədəd yumurta sarısı
2 st un
1 paket qabartma tozu
1 paket vanil

İçlik üçün:
600 q kəsmik
2 ədəd yumurta+2 ədəd yumurtanın ağı
½ st şəkər tozu
3 x.q nişasta
1 ədəd limonun qabığı

Hazırlanması:

Un, vanil, qabartma tozunu bir qaba töküb qarışdırırıq.
Yumşaq kərə yağını əlavə edib ovuruq.

Şəkər tozunu və yumurtanı əlavə edib yumşaq xəmir düzəldirik.

Xəmirin 1/3 hissəsini üçü üçün saxlayırıq.

2/3 hissəsini qabı yağlayıb yayırıq. (qabın diametri 26 sm)

İçlik üçün olan ərzaqları bir qabda çalırıq.

İçliyi tökürük.

Qalan xəmirdən şəkildəki kimi xəmiri yayıb kəsib üstünü bəzəyirik.

180 dərəcə qızmış sobada 50 dəqiqəyə bişiririk.

Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments