
Ərzaqlar:

4 st su ya da ət suyu
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
1 x.q un
1 ədəd yumurta
Duz
Istiot
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Soğanın üstünə yağ və duz töküb qızılı rəngdə olanadək qızardırıq.

Unu əlavə edib 1-2 dəqiqə qovururuq.


Sonra üstünə su, ya da ət suyu tökürük.

3-5 dəqiqə qaynadıqdan sonra yumurtanı çalıb tökürük. 5 dəqiqə də bişirib götürürük.

Ət suyu olmayanda su ilə bişirdikdə dadlı olmasını istəyirsinizsə hazır bulyondan istifadə edə bilərsiniz. Zövqə görə istədiyiniz göyərtilərdən də doğrayıb üstünə tökə bilərsiniz.
Nuş olsun!





























