Ərzaqlar:500 q gül kələmi, 1 ədəd kök, 1 ədəd kartof, 1 ədəd baş soğan, 2 x.q əridilmiş kərə yağı, 1 ç.q un, duz, istiot, 5 st ət suyu ya da su

Hazırlanması:

Soğan, kartof, kök və gül kələmini təmizləyib yuyub doğrayırıq.Doğranmış soğanın üstünə yağı və az duzu əlavə edib qovururuq. Sonra doğranmış kartof ilə kökü əlavə edib 3-5 dəqiqə qarışdırırıq.Unu əlavə edib 2-3 dəqiqə qarışdırırıq.Gül kələmini əlavə edib, qarışdırıb suyu tökürük.Tərəvəzlər yumşalanadək bişiririk.Sonra blenderdən keçiririk.Duz və istiotunu zövqə görə əlavə edirik.Suyu qatı olsa az su tökürük. Ocağa qoyub 3-5 dəq qarışdırıb götürürük.

Nuş olsun!

Gül Kələmi şorbası necə hazırlanır, kələm supu necə hazırlanır, gul keleminden sup sorba

Comments

comments