Ərzaqlar:2 ədəd kabak, 2 ədəd baş soğan, 2 diş sarımsaq, 1 dolu x.q un, 2 x.q əridilmiş kərə yağı, duz, istiot, 5 st ət ya toyuq suyu

Hazırlanması:

Soğan və sarımsağı təmizləyib yuyub xırda doğrayırıq.Qazana töküb üstünə yağı və az duzu əlavə edib qovururuq. Kabakları təmizləyib yuyub doğrayırıq.Soğan qovrulanda kabakları əlavə edib qarışdırırıq. Üstünə unu da əlvə edib 2-3 dəqiqə qarışdırırıq.Ət suyunu əlavə edirik. Kabaklar yumşalanadək bişiririk.Sonra blenderdən keçiririk. Qatılığına baxırıq. Əgər qatı olsa az su əlavə edirik.Zövqə görə duz və istiotunu da əlavə edib 2-3 dəqiqə ocaqda qarışdırıb götürürük. Hazır şorbanı isti-isti süfrəyə veririk.Nuş olsun!

 

Kabak çorbası, qabaq şorbası, kabaçok, kabaçok supu, kabaçki hazırlanması, 

Comments

comments