Ərzaqlar:


600 -700 q q toyuq əti
12 ədəd orta ölçülü kartof
6-7 ədəd pomidor
1 ədəd şirin bibər
3 ədəd baş soğan
2-3 diş sarımsaq
100 q holland ya da kaşar pendir
3 x.q əridilmiş kərə yağı
50 q kərə yağı
1 st süd
Duz
Istiot

Hazırlanması:

Toyuq ətini duzlu suda bişirib soyuduqdan sonra sümüklərindən ayırıb kiçik hissələrə bölürük.

Bütün tərəvəzləri təmizləyib yuyuruq.

Pendiri sürtgəcdən keçiririk.

Kartofları ik-üç yerə bölüb, qazana yığıb, üstünə çıxana qədər su töküb bişməyə qoyuruq.

Soğan ilə sarımsağı xırda doğrayırıq.

Üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Sonra bibəri xırda doğrayıb, soğanın üstünə əlavə edib, 2-3 dəqiqə kimi qovururuq.


Pomidorun qabığını soyub, xırda doğrayıb qovrulmuş soğanın üstünə əlavə edirik. Zövqə görə duz və istiotunu tökürük.


Suyu çəkilib yağa düşmək istəyəndə parçalanmş toyuq ətini üstünə əlavə edib, 2-3 dəqiqə sonra ocaqdan götürürük.


Bişmiş kartofu əzib üstünə kərə yağını tökürük. Kərə yağı əriyənədək qarışdırırıq. Sonra südü, zövqə görə duz və istiotu töküb qarışdırırıq.


Soba qabına əvvəlcə pomidorlu toyuq ətini töküb yayırıq.

Sonra üstünə kartof əzməsini yayırıq.

Kartof əzməsinin üstünə pendiri səpib 200 dərəcə qızdırılmış sobada bişməyə qoyuruq.

Yeməyin üzü qızardıqda sobadan çıxardırıq. Çox qızartmayın ki, pendir qurumasın.
Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments