Ərzaqlar:

400 q qoyun ya mal əti

2 baş soğan

1 ədəd şirin bibər

4 ədəd kartof

4 ədəd pomidor

4 diş sarımsaq

4 ədəd alça turşusu

100 q holland ya kaşar pendir

2 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Hazırlanması:

Pomidoru yuyub dörd bölürük. Kartofun qabığını soyub yuduqdan sonra dörd bölürük. Soğanın qabığını soyub yuduqdan sonra birini ətin içi üçün saxlayıb digərini dörd bölüb nazik doğrayırıq.

Sarımsağı da təmizləyib yuduqdan sonra ikisini ətin içinə saxlayıb ikisini xırda doğrayırıq.

Birəri yuduqdan sonra ya halqa ya da nazik uzun doğrayırıq.

Əti soğan və sarımsaqla bir ət maşınından keçiririk.

Pendiri sürtgəcin gözündən keçiririk.

Qaba birinci ətin üstünə duz istiot səpib yaxşı qarışdırdıqdan sonra kotlet formasına salıb hər qaba üç ədəd qoyuruq.

Kartof qoyuruq.

Bibər tökürük.

Soğan, sarımsaq və turşu əlavə edirik.

Pomidoru üstünə düzürük.

Yağ, duz və istiot əlavə edirik. Hər qaba təxminən 2-3 x.q su əlavə edirik.

180-200 dərəcə qızdırılmış sobada bişiririk. Üzü tez qızarsa üzünə falqa kağızı qoya bilərsiniz.

Yeməyin suyu çəkilib yağa düşdükdə və kartof bişdikdə üstünə pendiri səpirik.

Pendiri töküb qoyduqdan sonra 5-10 dəqiqə də sobada bişirib götürürük.

Yeməyimiz hazırdır.

Nuş olsun!

Comments

comments