Ərzaqlar:

Xəmir üçün:

2,5 st un

200 q xama

1 ədəd yumurta

İçinə və üstünə:

1/2 st qoz ləpəsi

1/2 st fındıq ləpəsi

50-100 q şokalat

Yuxaları yaymaq üçün əlavə un

Krem üçün:

1 banka qatılaşdırılmış süd

100 q kərə yağı

1/2 paket vanil

Hazırlanması:

100 q yumşaq kərə yağını ağaranadək mikserlə çalıb üstünə qatılaşdırılmış südü və vanili də əlavə edib mikserlə tam həll olanadək çalırıq.

Qoz və findıq ləpəsini bıçaqla doğrayırıq. Şokoladı sürtgəcdən keçiririk.

Ələnmiş una yumurta və xamanı əlavə edib qarışdırırıq.

Sonra əlimizlə xəmiri yoğururuq.

Xəmirdən 7 kündə düzəldirik.

Kündənin birini götürüb az unla nazik yuxa yayırıq.

Qaba kağız sərib yuxanı qoyuruq. Çəngəl ilə 6-7 yerdən deşdəkləyirik.

180 dərəcə qızdırılmış sobada 10 dəqiqəyə bişiririk. Qızaran kimi götürürük.

Bu qayda ilə bütün yuxaları bişiririk.Yuxalar tam soyuduqdan sonra əlimiz ilə xırdalayırıq.

Xırdalanmış yuxanın içinə doğranmış qozu və kremi töküb qarışdırırıq.

Süfrəyə verəcəyimiz qaba qarışığı töküb yayıb üstündən basaraq bərkidirik.

Üstünü fındıq ləpəsi və şoqaladla istədiyiniz kimi bəzəyə bilərsiniz.

Nuş olsun!

Comments

comments