Ərzaqlar:

200 q xama

2 ədəd yumurta

1,5 st un

1,5 st şəkər tozu

1 st kakos

1/2 st duru yağ

1 paket vanil

1 paket qabartma tozu

Hazırlanması:

Yumurtanı şəkər tozu ilə bərkiyənə qədər mikserlə çalırıq.

Xamanı əlavə edib mikserlə çalırıq.

Duru yağı əlavə edib mikserlə çalırıq.

Vanili əlavə edib mikserlə çalırıq.

Qabartma tozunu və unu əlavə edib mikserlə çalırıq.

Kakosu əlavə edib mikserlə çalırıq.

Qablara xəmiri qabın 2/3 hissəsi qədər tökürük. (Balaca keks qablarına yağ çəkib ya da kağız qoyub xəmiri tökə bilərsiniz.)

150 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments