Ərzaqlar:Kotlet üçün:

500 q çəkilmiş ət, 1 baş soğan, 3 x.q suxarı, 1/2(yarım) st su, duz, istiot, qızartmaq üçün duru yağ

Üstü üçün:

100 q pendir

Bilinçik üçün:

3 ədəd yumurta, 2,5 st süd, 1 st un, 1 x.q duru yağ, 1/2(yarım) x.q şəkər tozu, 1/2(yarım) ç.q duz, qızartmaq üçün duru yağ

Hazırlanması:

Bilinçiki bişirmək üçün baxın: Bilinçikin hazırlanması

Kotleti hazırlamaq üçün olan ərzaqları bir qaba tökürük. Soğanı xırda doğrayıb əlavə edirik və yaxşı qarışdırırıq. Kotlet düzəldib tavada yağda qızardırıq. Qızarmış kotletləri blinçikin içinə qoyub bükürük. Soba qabına yığırıq. Üstünə pendiri sürtgəcdən keçirib səpirik.200 dərəcə qızıdırılmış sobada pendir əriyənədək bişiririk. Nuş olsun!

 

 

 

Comments

comments