Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

4 st un

1 st şəkər tozu

150 q kərə yağı

2 ədəd yumurta(birinin sarısı üzü üçün)

1/2 st ilıq süd

1/3 ç.q duz

1/2 ç.q sarıkök

1/2 ç.q (keşniş toxumu, hil, musqat qozu,)

1/2 paket qabartma tozu

Üzü üçün:

1 ədəd yumurta sarısı

1/2 ç.q xaş-xaş

1/2 ç.q çörəkotu

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu mikserlə çalırıq.

Sonra yumurtanı əlavə edib mikserlə çalırıq.

Südü əlavə edib mikserlə çalırıq.

Duzu, ədavaları, qabartma tözunu və sarıkökü əlavə edib mikserlə çalırıq.

Əvvəlcə unun yarısını töküb aşağı sürətlə mikserlə çalırıq.

Sonra qalan unu əlimizlə töküb xəmiri düzəldirik. Kövrək yumşaq xəmir olacaq. Az da ələ yapışan bir xəmir olur.

Qaba kağız sərib əlimizi unlayıb xəmiri kağızın üstünə qoyuruq.

Qalınlığı 2 sm yayırıq.

Üzünə yumurta sarısı çəkib çəngəl ilə deşdəkləyirik və naxış vururuq.

Üstünə çörək otu və xaş-xaş səpirik.

190 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra doğrayıb çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments