(Türk mətbəxi)

Ərzaqlar:

Xəmir üçün:

4 st un

1 st ilıq süd

1 ədəd yumurta

1/2 st duru yağ

1 x.q sirkə

Ç.q ucunda duz

Şərbət üçün:

2,5 st şəkər tozu

2,5 st su

1/2 ədəd limon suyu

Üstünə kökmək üçün:

150 q kərə yağı

İç üçün:

4 st çəkilmiş qoz ləpəsi

Hazırlanması:

Birinci şərbəti hazırlayırıq. Suya şəkər tozunu əlavə edib qaynadırıq. Limon suyunu da əlavə edib yenidən 5-10 dəqiqə qaynadıb götürürük.

Yağı əridirik.

Dərin bir qaba südü, yağı, yumurtanı, sirkəni və duzu əlavə edib qarışdırırıq.

Unu az-az əlavə edib yumşaq xəmir yoğururuq.

Xəmiri 20 dəqiqə saxladıqdan sora dörd yerə bölüb kündəliyirik.

Kündənin birini götürüb nazik yuxa yayırıq.

Xəmiri 6 yada 8 yerə bölürük. Mən 8 yerə böldüm.

Üstünə 1 st çəkilmiş qozu səpirik.

Oxlov vasitəsi ilə aşağıdakı şəkildə yuxanın kəsilmiş hissələrini bükürük.

Bükülmüş yuxanı əlimizlə büzürük.

Oxlovu yuxanın içindən çıxardırıq.

Bu şəkildə hamısını düzəldib qaba yığırıq.

Üstünə əridilmiş ilıq yağı tökürük.

190 dərəcə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.

Sobadan çıxardıqdan 1-2 dəqiqə keçən kimi üstünə şərbəti tökürük.

Şərbəti özünə çəkdikdən sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments