Ərzaqlar:

300 q hazır bişmiş qiymə(Soğan, duz və istiot vurulmuş)

14-15 ədəd kartof

2 x. qəridilmiş kərə yağı

1/2 ç.q sarıkök

1 balaca dəstə şüyüd.

Duz

Istiot

Hazırlanması:

Kartofun üstünü yuyub duzlu suda bişiririk.

Bişdikdən sonra qabığını soyuruq.

Kartofların kiçik qaşıqla içini çıxardırıq. (Əgər istəsəniz içindən çıxan kartofları qiyməyə qarışdıra bilərsiniz. Onda dolmalıq kartofların sayını çoxaldarsınız.)

Hazır bişmiş qiymənin üstünə şüyüdü yuyub xırda doğrayıb tökürük və qarışdırırıq.

Qiyməni kartofların içinə yığırıq.

Qazana yığılmış dolmaların üstünə sarıkök səpib yağ tökürük. Az miqdarda su da əlavə edirik. (Su tökməyə də bilərsiniz.)

Vam odda hazır olanadək bişiririk. Dolmamız hazırdır.

Dolmanı süfrəyə verdikdə yanında müxtəlif növ tutmalar qoyulur.

Nuş olsun!

Comments

comments