3-4 nəfərlik

Ərzaqlar:

500 q toyuq əti

3-4 baş soğan

3 x.q kərə yağı

1/3 ç.q sarıkök

1/2 limon suyu

Duz

Istiot

Xəmir üçün:

3 st un

1 ədəd yumurta

3/4 st ilıq su

Yuxaları yaymaq üçün 3-4 x.q un

Hazırlanması:

Unu bir qaba ələyib üstünə su, duz və yumurta əlavə edib normal xəmir düzəldirik.

Xəmiri dörd yerə bölürük.

Birini götürüb un səpib oxlovla nazik yuxa yayırıq. O biri kündələri də bu şəkildə yayırıq.

Yayılmış yuxanı 5×5 sm enində kəsirik. Qoyuruq qurusun.

Toyuq ətini təmizləyib yuyub duzlu suda bişiririk.

Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.

Soğanın üstünə yağ və duz töküb qızılı rəngdə olanadək qovururuq.

Qovrulmuş soğanın üstünə bişmiş əti tökürük. Sarıkök, istiot və limon suyu, duz əlavə edirik. Qızardırıq. Soğançalı toyuğumuz hazırdır.

Qazana su töküb qaynadırıq. Duz da əlavə edirik. Kəsdiyimiz xəmiri suya tökürük. Bişən kimi süzürük.

Süzülmüş xəngəli qablara yığıb üstünə soğançalı toyuq qızartmasından qoyuruq.

Yeməyi süfrəyə verdikdə yanında sarımsaqlı qatıq qoyuruq.

Nuş olsun!

Comments

comments