Ərzaqlar:
500 q qoyun ya da mal əti
1 ədəd baş soğan
1 ç.q un
1 ədəd yumurta
1 ç.q sumax
2 x.q əridilmiş kərə yağı(ya da duru yağ götürə bilərsiniz)
Duz
Istiot
Hazırlanması:
Doğranmış mal ya da qoyub ətini yuyub üstünə su töküb bişməyə qoyuruq. Ətin suyuna az duz əlavə edirik.
Suyu qaynayanda kəfini yığıb sonra normal odda yarıbişmiş vəziyyətə qədər bişiririk.
Ət soyuduqda soğanla bir ət maşınından keçiririk.
Ətin üstünə yumurta, sumaq, un, duz və istiot töküb yaxşı qarışdırırıq.
Ətdən əlimizə alıb yumru formada kotletlər düzəldirik. Tavada yağı qızdırıb kotletləri düzürük.
Hər iki üzünü qızardırıq.
Şamı ikinci yemək kimi süfrəyə verilir. Bəzəndə düyü ilə birgə plov kimi süfrəyə verilir.
Nuş olsun!