Ərzaqlar:

Xəmir üçün:

3 ədəd yumurta, 1 st duru yağ, 1 st süd, 4,5-5 st un, 1 paket qabartma tozu, 1 x.q kakao

İç üçün:

400 q qoz ləpəsi, 200 q şokolad

Yağlamaq üçün:

250 q kərə yağı

Yaymaq üçün:

1 st buğda nişastası

Şərbət üçün:

2 st şəkər tozu, 1 st su, 1 x.q kakao, 1/4 limon dlimi

Hazırlanması:

İç üçün qozu qovurub soyuduqdan sonra qoz çəkən maşından keçiririk. Şokoladı sürtgəcin gözündən keçiririk. Yağı bir qabda əridirik. Xəmiri hazırlamaq üçün dərin bir qaba südü, yumurtanı, yağı və kakaonu töküb qarışdırırıq.Qabartma tozunu da əlavə edib qarışdırırıq.Ələnmiş unu əlavə edib yumşaq xəmir yoğururuq.Xəmirdən 12 kündə düzəldirik.Kündənin birini götürüb nişasta səpib oxlovla nazik yayırıq.Diametri 36 sm olan tava götürürük az yağlayıb yuxanı səririk.Qoz və şokolad səpirik.(qozdan 3 x.q şokolatdan 2 x.q)Bu qayda ilə bütün qatları hazırlayırıq.Axırıncı yuxanı qoyduqdan sonra yanlarını düzəldirik və kəsirik.Əridilmiş isti yağı üstünə töküb 170-180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk.Şərbəti hazırlamaq üçün qazana şəkər tozu, kakao və suyu əlavə edib qarışdırıb bişməyə qoyuruq. Qaynamağa başlayandan sonra limon dilimi də içinə əlavə edib qaynadırıq. Hazır olduqda götürürük.Bişmiş paxlavanı sobadan çıxardıb soyumağa qoyuruq.Paxlava qaynar yox isti olanda isti şərbəti də üstünə tökürük.Bıçaqla ara kəsmələri bir daha kəsirik.Şərbət paxlavaya yaxşı hopmalıdır. Yaxşı olar ki,axşamdan bişirsəniz gecə boyu şərbətdə qalsın sabahı günü kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments