Ərzaqlar:1 st süd, 3 ədəd yumurta( bir ədəd yumurtanın sarısı üzünə), 150 qkərə yağı, ½(yarım) st şəkər tozu, 1 ç.q silə duz, 1 paket maya, 6 st un

Üstü üçün:

1 ədəd yumurtanın sarısı, zövqə görə küncüt

Hazırlanması:

Kərə yağını əridirik. Üstünə südü əlavə edirik.Sonra şəkər tozunu töküb qarışdırırıq.Şəkər tozu əriyir.3 st unu, mayanı və duzu bir qaba töküb qarışdırırıq.Üstünə yumurtaları əlavə edirik.Sonra ilıq süd qarışığını əlavə edib əvvəl qaşıqla qarışdırırıq.Sonra undan az –az əlavə edib əlimiz ilə xəmri yoğururuq. Yumşaq xəmir alınacaq.Xəmrin üstünü örtüb açımağa qoyuruq.1-1,5 saata acıyacaq.

Sonra xəmiri 16 hissəyə bölüb kündəliyirik.Soba qabına kağız sərib kündələri yığırıq.Üstünü örtürük. 30-45 dəqiqə saxlayırıq. Sonra kündələr özünə gəldikdə yumurta sarısını üzünə çəkirik.Zövqə görə istəsəniz üstünə küncüt səpə bilərsiniz.180-200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.Nuş olsun!

Comments

comments