Ərzaqlar:

4 ədəd börək yuxası, 1 st süd,1/2 (yarım) st duru yağ (qarğıdalı ya da zeytun yağı), 2 ədəd yumurta (sarısı üzünə), 1 ç.q küncüt, 1 ç.q qara zirə

İçlik üçün:

300 q çəkilmiş ət, 1 baş soğan, 2 x.q əridilmiş kərə yağı, duz, istiot

Hazırlanması:

Adi qaydada qiyməni bişirib hazırlayırıq. Yuxaları 4 yerə bölürük.Südü, duru yağı və yumurtaların ağını dərin qaba töküb çalırıq. Kəsilmiş yuxaların birini götürüb içlikdən qoyub şəkildəki kimi bükürük. Soba qabına yığırıq. Qalan süd qarışığını üstünə çəkirik.Yumurta sarısı çəkib küncüt və qara zirə səpirik.200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. Nuş olsun!

 

 

Comments

comments