
Ərzaqlar:

1 st çəkimiş qoz ləpəsi
1 paket qurabiyə
2/3 banka bişmiş qatılaşdırılmış süd
Bəzəklər
Hazırlanması:
Qurabiyəni blenderdə əzirik.


Qurabiyəni, çəkilmiş qoz ləpəsini və qatılaşdırılmış südü töküb qarışdırırıq.




Sonra 10 q olan toplar düzəldirik. Hazırladığımız topları iki növdə hazırlayırıq.

Topları müxtəlif bəzəklərə batırıb qaba yığırıq. Soyuducuya qoyuruq. Bir neçə saat sonra süfrəyə veririk.



Nuş olsun!






























