Ərzaqlar:

200 q kərə yağı

200 q kəsmik

3 ədəd yumurta

1 st şəkər tozu

2 st un

1 st moruq

1 paket qabartma tozu

1 paket vanil

Hazırlanması:

Yumşaq kərə yağı, şəkər tozu və vanili tam qarışanadək çalırıq.

Yumurtaları əlavə edib çalırıq.

Kəsmiyi əlavə edib çalırıq.

Unu və qabartma tozunu əlavə edib çalırıq.

Moruğu əlavə edib qarışdırırıq.

Qablara xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments