Ərzaqlar:

200 q xama

75 q kərəyağı

1 st şəkər tozu

2 ədəd yumurta

1,5 st un

1 paket qabartma tozu

50 q kişmiş

50 q qoz ləpəsi

1 ç.q şəkər kirşanı

Hazırlanması:

Kişmişi təmizləyib, yuyub, quruduruq. Qoz ləpəsini xırda doğayırıq.

Yumurtanı şəkər tozu ilə çalırıq.

Kərəyağını əridib ilıq olanda toküb çalırıq.

Xamanı əlavə edib çalırıq.


Unu və qabartma tozunu töküb çalırıq.

Xəmiri balaca qablara tökürük. Üstünə kişmiş ilə qoz səpirik.

180 dərəcə qızdırılmış sobada tam bişənədək bişiririk.

Soyuduqdan sonra zövqə görə üstünə şəkər kirşanı səpirik.


Nuş olsun!

Comments

comments