Ərzaqlar:250-300 q kadayıf, 100 q kərə yağı, 1 st qovrulmuş qoz ləpəsi

Şərbət üçün:

1 st su, 1 st şəkər tozu

Hazırlanması:

Yağı əridib kadayıfın üstünə töküb əlimiz ilə qarışdırırıq. Soba qabına yarısını töküb yayırıq.Sonra qozu xırda doğrayıb səpirik.Qalan yağlı kadayfı töküb yayırıq. Üstündən basıb bərkidirik.180-200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. O sobada bişənə qədər şərbəti hazırlayırıq. Şəkər tozu ilə suyu qazana əlavə edib qarışdırıb ocağa qoyuruq. Qaynamağa başlayanda 3-5 dəq qaynadıb götürürük.Sobadan çıxan kimi şərbəti tökürük. Soyuyanda kəsib çay süfrəsinə veririk. Nuş olsun!

Comments

comments