Ərzaqlar:Xəmir üçün:

2 st un, 1 ədəd yumurta, ½ st su, 1 x.q duru yağ, 1 ç.q silə duz, yaymaq üçün əlavə un

İçliyi üçün:

300 q qiymə, 1 ədəd baş soğan, duz, istiot, 2 x.q əridilmiş kərə yağı

Üstü üçün:

Sumaxç əridilmiş kərə yağı, qatıq (zövqə görə sarımsaq)

Hazırlanması:

Ələnmiş unun üstünə yumurtanı, duzu və suyu əlavə edib normal xəmir yoğururuq. Adi qaydada qiyməni bişirib hazırlayırıq. Xəmirdən iki kündə düzəldirik. Az un səpib oxlovla yayırıq. Xəmir nə çox qalın nə də nazik olmasın. Diametri 4 sm olmaqla dairələr kəsirik. İçlikdən qoyub bükürük. Suyu qaynadırıq. Suya 2 x.q duz əlavə edirik. Qaynamağa başlayanda tökürük. Qaynayıb üzə çıxanda 5 dəqiqə kimi bişirib süzürük. Qablara yığıb üstünə əridilmiş kərə yağı töküb sumax səpirik. Nuş olsun!

 

Comments

comments