Ərzaqlar:250-300 q kadayıf, 100 q kərə yağı, 1 st qovrulmuş qoz ləpəsi
Şərbət üçün:
1 st su, 1 st şəkər tozu
Hazırlanması:
Yağı əridib kadayıfın üstünə töküb əlimiz ilə qarışdırırıq.
Soba qabına yarısını töküb yayırıq.
Sonra qozu xırda doğrayıb səpirik.
Qalan yağlı kadayfı töküb yayırıq. Üstündən basıb bərkidirik.
180-200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. O sobada bişənə qədər şərbəti hazırlayırıq. Şəkər tozu ilə suyu qazana əlavə edib qarışdırıb ocağa qoyuruq. Qaynamağa başlayanda 3-5 dəq qaynadıb götürürük.
Sobadan çıxan kimi şərbəti tökürük.
Soyuyanda kəsib çay süfrəsinə veririk.
Nuş olsun!