Ərzaqlar:

180 q kərə yağı
1 ədəd yumurta sarısı
3 x.q şəkər tozu
Bir çimdik duz
1 paket vanil
1 paket qabartma tozu
2-2,5 st un
İçlik üçün:
1 st qırmızı qarağat
2 x.q şəkər tozu
200 q xama
2 ədəd yumurta+1 ədəd yumurtanın ağı
3 x.q şəkər tozu
1 x.q kartof nişastası
1 paket vanil

Hazırlanması:
Qırmızı qarağatı təmizləyib yuyub süzgəcə qoyuruq suyu süzülür.
Xəmiri hazırlamaq üçün 3 x.q şəkər tozunu, unu, qabartma tozunu və vanili bir qaba töküb qarışdırırıq.

Yumşaq kərə yağını unun üstünə əlavə edib əlimiz ilə ovuruq.

Sonra yumurtanı əlavə edib yumşaq xəmir düzəldirik.

Xəmiridiametri 26 sm olan qaba yayırıq. 30 dəqiqə soyuducuda saxlayırıq.

Xəmiri çəngəl ilə deşdəkləyib 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişiririk .

Bu müddətdə içliyi hazırlayırıq.
Yumurta ilə 3x.q şəkər tozunu və vanili mikserlə çalırıq.

Üstünə xamanı və nişastanı əlavə edib tam qarışanadək çalırıq.

Sonra xəmiri sobadan çıxarıb qarağatı tökürük. 2 x.q şəkər tozunu qarağatın üstünə səpirik.

Sonra üstünə hazırladığımız içliyi töküb yayırıq.

Yenidən sobaya qoyuruq.25 dəqiqə bişiririk.

İlıq olanda qabdan çıxarırıq.
Piroq tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments