Ərzaqlar:

180 q kərə yağı
4 ədəd yumurta
1 st şəkər tozu
1/2 st süd
1 st qırmızı qarağat
1 ədəd limon qabığı
1 paket vanil
1 paket qabartma tozu
1 x.q buğda nişastası
2 st un

Hazırlanması:
Qarağatı təmizləyib yuyubsüzgəcdə qoyuruq suyu süzülür.
Əvvəlcə yumşaq kərə yağı ilə şəkər tozunu və vanili çalırıq.

Sonra yumurtaları əlavə edib çalırıq.
Südü əlavə edirik və ardınca limonun qabığını sürtgəcdən keçirib əlavə edirik. Tam qarışanadək çalırıq.

Unu və qabartma tozunu töküb tam qarışanadək çalırıq.

Qarağatın üstünə nişarsanı əlavə edib qarışdırıb xəmirə əlavə edirik. Yavaş-yavaş qarışdırırıq.


Soba qabına balaca keks qablarını qoyub xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 25-30 dəq bişiririk.

Soyuyanda zövqə görə istəsəniz üstünə şəkər pudrası səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments