Ərzaqlar:


3 ədəd yumurta

200 q kərə yağı

100 q xama

1 st şəkər tozu

1 limonun qabığı və suyu

1 paket qabartma tozu

1 paket vanil

2 st un

250 q qarağat

Hazırlanması:

Qarağatı yuyub təizləyib qoyuruq süzgəcdə suyu süzülür.

Yağ, şəkər tozu və vanili mikserlə çalırıq.

Sonra yumurtanı və xamanı əlavə edib çalırıq.

Limonun qabığını sürtgəcdən rəndəliyib, suyunu sıxıb, xəmirə əlavə edib, çalırıq.


Un ilə qabartma tozunu töküb aşağı sürətlə mikserlə çalırıq.

Sonra qarağatı xəmrə əlavə edib qaşıqla qarışdırırıq.

Qabı yağlayıb xəmiri tökürük.

170-180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxarırıq.


Tamam soyuduqdan sonar kəsib çay süfrəsinə verə bilərsiniz.
Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments