Ərzaqlar:


Xəmir üçün:

100 q kərə yağı

1/2 st şəkər tozu

1 ədəd yumurta

1 paket qabartma tozu

1,5 st un

İçlik üçün:

400 q kəsmik

100 q xama

1/2 st şəkər tozu

1 ədəd yumurta

1 paket vanil

Üzlük üçün:

250-300 q böyürtkən

Hazırlanması:

Un ilə kərə yağını ovuruq.Sonra şəkər tozunu əlavə edib qarışdırırıq.

Qabartma tozunu və yumurtanı da əlavə edib xəmiri düzəldirik.

Yumşaq xəmir olacaq.

Diametri 26 sm olan qabı yağlayıb xəmiri qoyub yayırıq. Xəmiri yaydıqda qabın kənarlarına 3 sm çıxmalıdır.

İçlik üçün ərzaqların hamısını bir qaba töküb tam qarışanadək mikserlə çalırıq. Çox çalmağa ehtiyac yoxdur.


Böyürtkənin suyunu süzürük ki quru olsun.
İçliyi xəmirin üstünə töküb yayırıq.

Sonra böyürtkəni tək-tək üstünə düzürük.

Sobanı 180 dərəcədə qızdırıb 45-50 dəqiqəyə bişiririk.

Bişdikdən sonra sobanı söndürün, 5-10 dəqiqə sobada qalsın. Sonra sobadan çıxarın. İlıq olanda qabdan çıxardırıq. Tamam soyuduqdan sonar piroqu kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments