Ərzaqlar:


200 q kərə yağı
1 st şəkər tozu
3 x.q xama
2 ədəd yumurta
1 paket qabartma tozu
3,5-4 st un
İç üçün:
3 ədəd portokal
2/3 st şəkər tozu
2 x.q nişasta
2 x.q mannı yarması

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu çalırıq.

Xamanı və yumurtanı əlavə edib yenə tam qarışanadən çalırıq.

Qabartma tozunu və unu əlavə edib əvvəl az çalıb sonra əlimizlə yumşaq xəmir düzəldirik. Xəmir ələ yapışan olacaq.
Xəmiri kloka qoyub soyuducuya qoyuruq.

İçliyi hazırlayırıq.
Portağalın qabığını soyub blenderdən keçiririk.


Üstünə şəkər tozunu, nişastanı və mannı yarmasını töküb qarışdırırıq. Qoyuruq 15 dəqiqə qalsın.

Sonra içlik hazır olduqda xəmiri soyuducudan çıxarıb 2/3 hissəsini qabı yağlayıb yayırıq.Xəmir qabın kənarlarına 2 sm çıxmalıdır.(qabın diametri 26-28 sm)



İçliyi tökürük.

Xəmirin qalanını qalın yuxa kimi yayıb fiqur kəsib içliyin üstünə yığırıq. (İstədiyiniz formada kəsib bəzəyə bilərsiniz)




170-180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.


İlıq olanda qabdan çıxarırıq.
Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.
Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments