Ərzaqlar:


8-10 ədəd badımcan
28-30 ədəd çerri pamidoru
500 q çəkilmiş ət
2 ədəd baş soğan
1 balaca dəstə cəfəri
Duz
istiot
Badımcanları qızartmaq üçün duru yağ
Şirə üçün:
5-6 ədəd pamidor
1 x.q bibər məti(tomatı)
1 diş sarımsaq
2 x.q duru yağ

Hazırlanması:

Badımcanı yuyub nazik uzun doğrayıb duzlayıb 15-20 dəqiqə saxlayıb sonra sıxıb acı suyunu çıxarırıq. Yuyub yenidən sıxıb az düzlayırıq.

Tavada yağda hər iki üzünü qızardırıq.

Soğanın qabığını soyub yuyub blenderdən ya da sürtgəcdən keçiririk.
Çəkilmiş ətin üstünə cəfərini təmizləyib yuyub doğrayıb tökürük. Çəkilmiş soğanı duzu və istiotu töküb yaxşı qarışdırırıq.

Soba qabına kalka kağızı sərib ətdən qoz boyda küftəciklər düzəldib yığırıq.

200 dərəcə qızdırılmış sobada 30 dəqiqəyə bişiririk.

Şirəsi üçün pamidoru yuyub qabığını soyub xırda doğrayırıq. Ya da sürtgəcdən keçiririk.
Üstünə yağı, bibər mətini, sarımsağı xırda doğrayıb tökürük.
Ocağa qoyub yağa düşənədək bişiririk.

Bişirdiyimiz badımcan laylarını şəkildəki kimi qoyub bişmiş küftəcikdən ortasına qoyub bükürük. Sonra yuyulmuş pamidoru üstünə qoyub çöp batırırıq.(Həm bibər həm də pamidor qoya bilərsiniz)



Bu qayda ilə hamısını hazırlayırıq.

Qaba yığıb şirəni tökürük. Ya da qaba əvvəl şirəni töküb bükdüyümüz kakakı yığırıq.


Yenidən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişiririk. Pamidor bişəndə yemək hazır olacaq.

İslim kababının yanında düyü və s. verə bilərsiniz.

Nuş olsun!

Comments

comments