Ərzaqlar:
6 ədəd pomidor
2 x.q əridilmiş kərə yağı
1 x.q dolu un
5 st su ( ət ya da toyuq suyu)
Duz
Istiot
Kaşar pendir(zövqə görə)
Hazırlanması:
Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.
Yağı istidib unu töküb rəngi dəyişənədək qovururuq.
Sonra üstünə doğranmış pomidoru töküb qovururuq.
Pomidorun suyu çəkilib yağa düşəndək qovururuq.
Üstünə suyu ya da ət suyunu əlavə edib qarışdırırıq.
15 dəqiqə qaynadıqdan sonra blenderdən keçiririk.
Üstünə zövqə görə duz və istiotunu töküb yenidən ocaqda 5-10 dəqiqə bişiririk.Kəfini yığırıq.
Hazır şorbanı qaba çəkib üstünə sürtgəcdən keçirilmiş pendir səpirik.
Nuş olsun!