Ərzaqlar:


1 ədəd doğranmış toyuq
12 ədəd kartof
1 ədəd limon
Ç.q ucunda sarıkök
2-3 diş sarımsaq
6 x.q zeytun yağı
Duz
İstiot

Hazırlanması:

Doğranmış toyuğu təmizləyib yuyuruq.Üstünə sarıkökün yarısını yağın yarısını sarımsağı xırda doğrayıb və duz ilə istiot səpib limonun suyunu sıxıb qarışdırırıq. Sonra yarım saat saxlayırıq.

Kartofu təmizləyib yuyub 4 ya da 6 bölüb üstünə duz, istiot və sarıkök töküb qarışdırırıq.

Soba qabına kağız sərib əvvəlcə kartofları düzürük.

Kartofun üstünə toyuğun ətini düzürük.

200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments