Ərzaqlar:

500 q bişmiş qoyun ətinin qiyməsi

700 q pomidor

2 x.q əridilmiş kərə yağı

Duz

İstiot

1 balaca dəstə reyhan

Hazırlanması:

Qiyməni hazırlamaq üçün soğan ilə çəkilmiş (500 q ətə 2ədəd baş soğan) qoyun ətini yağ əlavə edib qovururuq. Tam bişməsi üçün az su əlavə edib bişiririk. Pomidorun içini çıxarıb xırda döğrayıb ətə əlavə edirik. Suyu çəkilib yağa düşəndə duz və istiotunu töküb 5-10 dəqiqə qovurub götürürük.

Reyhanı xırda doğrayıb qiyməyə qarışdırırıq.

Hazır qiyməni pomidorun içinə yığırıq.

Üstünə əridilmiş yağ əlavə edib vam odda 20-25 dəqiqə bişiririk. Üstünə su tökmürük özünün suyu çıxacaq.

Hazır dolmanı zövqə görə bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments