(4-5 nəfərlik)

Ərzaqlar:

1 kq soğanla çəkilmiş qoyun əti

3 ədəd baş soğan

2-3 x.q əridilmiş kərə yağı

2 x.q pomidor püresi (tomat)

1 ç.q şəkər tozu

1 ədəd limon

Çay qaşığının ucunda darçın

Duz

Istiot

Keşniş, şüyüd

Hazırlanması:

Soğanla çəkilmiş qoyun ətinin(1 kq  ətə 3 baş soğan) üstünə duz, istiot və darçın əlavə edib yaxşı qarışdırırıq.

Ətdən qoz boyda balaca küftəciklər düzəldirik.

Tavada yağı qızdırıb küftəcikləri tavaya yığırıq.

Küftəciklərin hər tərəfini çevirib qızardırıq.

Şirəsi üçün baş soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Doğranmış soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qovururuq.

Qovrulmuş soğanın üstümə pomidor püresini əlavə edib 2-3 dəqiqə qovururuq.

Şəkər tozunu və limonun şirəsini əlavə edib 3-5 dəqiqə qarışdırıb götürürük.

Şirəni qızartdığımız küftələrin üstünə əlavə edirik. Yeməyi vam odda 10-15 dəqiqə bişiririk.

Rza küftəni süfrəyə verdikdə zövqə görə üstünə xırda doğranmış küşniş və şüyüd səpilir.

Nuş olsun!

Comments

comments