Ərzaqlar:

1 kq qiymə, 8-9 ədəd pomidor, 8-9 ədəd bibər, 8-9 ədəd badımcan, 1 balaca dəstə keşniş, şüyüd və reyhan, 2 x.q kərə yağı, duz, istiot

Hazırlanması:

Əvvəlcə qiyməni hazırlayırıq. Bax: Qiymənin hazırlanması

Hazır qiyməyə göyərtiləri xırda doğrayıb tökürük.

Badımcanı qaynar suda pörtürük. Sonra icini təmizləyib yuyuruq.

Bibərin və pomidorun başını kəsib içini çıxardırıq.

Hamısının içini təmizlədikdən sonra hər birinin içinə az duz və istiot vururuq.

Qiyməni hamısının içinə qoyub qazana yığırıq. 1/4 st su və yağ əlavə edib, vam odda yağa düşənə qədər bişiririk.

Nuş olsun!

üç qardaş dolması, dolma, pomidor biber badımcan dolması necə hazırlanır, qiymə 

Comments

comments