Ərzaqlar:

Gilas

Duz

Şəkər tozu

Su

Yapışdırıcı

Hazırlanması:

Gilasın saplağını təmizləyib yuyub bankalara yığırıq.

Hər bankaya  məs: 1 kq bankaya 1 dolu çay qaşığı duz və 1/3 çay qaşığı şəkər tozu tökürük.

Üstünə 2 barmaq aşağı qaynar su tökürük. Suyu çox tökmürük ki, öz suyu çıxacaq.

Böyük qazana su töküb isidirik. Su isinən  kimi bankaların içinə yığırıq. Aralarına bir-birinə dəyib çatlamasın deyə dəsmal qoyuruq.

15 dəq suda qaynadırıq.

Sudan çıxarıb ağzını qapaqla bərk bağlayıb yapışdırıcı ilə yapışdırırıq.

Ədyalın arasına qoyub bükürük.

Soyuyandan sonra götürürük.

Nuş olsun! 

Comments

comments