Ərzaqlar:

1 ədəd toyuq

5 ədəd kartof

2 x.q. кеtçup

2 x.q mayonez

Duz

İstiot

Hazırlanması:

Kartofu suda bişiririk. Kartof tam bişməmiş götürürük. Soyuduqdan sonra  xırda kubik doğrayırıq.

Kartofa duz, istiot, 1 x.q mayonez və 1 x.q ketçap əlavə edib qarışdırırıq.

Toyuğu duzlayıb istiotlayıb içliyi  içinə yığıb, sap ilə tikirik. Üstünə mayonez və ketçup çəkirik. Qaba yağ töküb toyuğu qoyuruq.

150-180 dərəcə qızdırılmış sobada bir saat yarım bişiririk.

Nuş olsun!

Comments

comments