Şəki mətbəxi
Ərzaqlar:
1 qab üçün ölçülər:
100 q ət
50 q quyruq
1x.q baş soğan
1 stəkan (armudu) noxud
1 ədəd şabalıd
1 ədəd turşu(albuxara)
1 st su
Zəfəran
Duz
Hazırlanması:
Noxudu 5-6 saat suda isladırıq.Əti balaca hissələrə bölürük.
Quyruğu hər qab üçün enli nazik kəsirik.
Soğanı xırda doğrayırıq.
Qaba əvvəlcə noxudu tökürük.
Noxudun üzərinə xırda doğranmış soğanı əlavə edirik.
Sonra əti qoyuruq.
Ətin üstünə quyruğu qoyub duzu əlavə edib suyu tökürük.
Ocağı normal yandırıb üstünə qalın dəmir qoyuruq.Qabları dəmrin üstünə yığırıq.7-8 saata bişəcək.
Suyu qaynayanda kəfi çıxanda yığırıq.Suyu qurusa əlavə su tökə bilərsiniz.
Bişməyinə (15 dəq) az qalmış hər qaba bir şabalıd, bir albuxara və bir çımdik zəfəran tökürük.
Pitini süfrəyə verdikdə yanında sumaq verilir.
Şəki pitisini yedikdə birinci suyu qaba tökülüb üstünə sumaq səpilib çörək doğranıb yeyilir. Sonra isə qalan bişmiş ərzaqlar əzilir yenə də üstünə sumaq səpilərək yeyilir.
Nuş olsun!