Ərzaqlar:


5 st düyü
500 q suda yarı bişmiş ət
6-7 ədəd baş soğan
300 q təmizlənmiş şabalıd
100 q kişmiş
100 q albuxara ya alça turşusu
100 q qaysı
5-6 x.q əridilmiş kərə yağı
Zəfəran
Sarıkök
Duz
İstiot
Qazmaq üçün: İstədiyiniz növ qazmaq hazırlaya bilərsiniz.

Hazırlanması:

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.Duyunu yuyun duzlu suda islağa qoyuruq.
Su qaynadırıq. Suya duz töküb düyünü bişirib süzürük.

Qazmaq üçün istədiyiniz növdə qazmaq reseptindən istifadə edə bilərsiniz.
Plovu dəmə qoyacağımız qazanda az yağ istidib yuxanı yayıb qazanın dibinə sərib formalı kəsirik.

Süzülmüş düyünü qazmağın üstünə tökürük.Düyünün üstünə zəfəran əlavə edirik.

Düyüyə yağ əlavə edib ocağa qoyuruq.Plovu ocağa dəm almağa qoyduqda qazanın ağzına dəsmal qoyuruq.Ocağın üstünə isə qalın dəmir ya da çuğun tava qoymaq lazınmdır.Plov 1 saata dəm alacaq.Arada yoxlamaq lazımdır ki, qazmaq yanmasın.Plov dəm alanadək qaranı hazırlayırıq.
Soğanın qabığını soyub yuduqdan sonra uzununa nazik doğrayırıq.

Üstünə duz və yağ töküb qızılı rəngdə olanadək qovururuq.Az sarıkök əlavə edib qarışdırırıq.

Şabalıdın üstünə az duz səpib qovururuq.

Kişmişi qaysını və albuxaranı təmizləyib yuyub yağda ayrı-ayrı qovururuq.
Qazana birinci əti,sonra soğanı,şabalıdı,qaysını, turşunu və kişmişi tökürük.Zövqə görə duz və istiot səpirik.
Ətin suyundan da az töküb vam odda bişməyə qoyuruq.

Yağa düşdükdə qaranı ocaqdan götürürük.
Düyünü qaba təpəcik şəklində yığıb üstünü qazmaqla bəzəyirik. (Zövqə görə)Sonra üstünə qaynar yağ tökürük.
Qaranı isə başqa qabda düyünün yanında süfrəyə veririk.

Nuş olsun!

Comments

comments